Ərdoğan: Putin avqustda Türkiyəyə səfərə gələcək

post-img

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinin avqustda Türkiyəyə səfərə hazırlaşdığını bildirib. 

“Xalq qəzeti” xəbər verir ki, Əroğan taxıl müqaviləsi ilə bağlı həmkarı Putinlə ortaq mövqelərə malik olduqlarını bildirib.

“Bilirsiniz, biz avqustda cənab Putini qəbul etməyə hazırlaşırıq. Bizim Qara dəniz taxıl təşəbbüsü ilə bağlı ortaq mövqeyimiz var. BMT-nin baş katibi Antonio Quterreş Putinə məktub göndərib. Ümid edirəm ki, bu məktub və Rusiya ilə birgə səylərimizlə taxıl dəhlizi sazişini uzadacağıq. Putinlə ortaq mövqelər sayəsində biz ən az inkişaf etmiş, yoxsul Afrika ölkələrinin problemlərinin həllinə töhfə verəcəyik”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun iyulun 10-da verdiyi məlumata görə, Putinin Türkiyəyə mümkün səfərinin vaxtı hələlik məlum deyil.

 

 “Xalq qəzeti”

Dünya