Yens Stoltenberq: 2035-ci ilədək Çin 1500 nüvə başlığına sahib ola bilər

post-img

NATO-nun baş katibi Yens Stoltenberq Çinin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacağını təxmin etdiklərini bildirib.

 Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitinin sonunda keçirilən mətbuat konfransında sualları cavablandırarkən Stoltenberq deyib: “2035-ci ilə qədər Çin bütün Şimali Amerika və Avropaya çata biləcək raketlərə də sahib ola bilər. Təhlükəsizlik artıq regional deyil, qlobal xarakter daşıyır. Çin hərbi imkanlara sərmayə qoyur. Çinin 2035-ci ilə qədər bütün Şimali Amerika və Avropaya, yəni NATO ərazisinə çata biləcək raketlərdə 1500 nüvə başlığına sahib olacağı gözlənilir. Biz Çinin buna nə qədər yaxınlaşdığını görürük".

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya