Ərdoğan Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini yad edib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 il əvvəl Bosniya və Herseqovinada baş vermiş Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini yad edib. Türkiyə lideri bu hadisəni tarixdə “qara ləkə” adlandırıb. 

Məlumatı “Anadolu” verib. 

O, qurbanların doğma və yaxınlarına, “bütün bosniyalı qardaşlara” səmimi başsağlığını ifadə edib: “Biz Srebrenitsa hadisələrini unutmayacağıq və yaddan çıxmağa qoymayacağıq, ona görə ki, belə vəhşiliklər bir daha təkrarlanmasın”. 

Bosniya və Herseqovina sakinləri hər il iyulun 11-də 1995-ci ildə Srebrenitsada qətlə yetirilmiş 8 mindən artıq müsəlmanın xatirəsini yad edirlər. Bu, İkinci Dünya Müharibəsibdən sonra Avropada ən böyük humanitar fəlakət hesab olunur. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya