Stoltenberq: Ukraynanın qələbəsini təmin etməsək, üzvlük müzakirə olunmayacaq

post-img

Vilnüsdə keçirilən NATO sammiti Ukraynanın alyansa üzvlüyü perspektivi ilə bağlı “güclü, pozitiv və vahid” fikir bildirəcək. Belə bir bəyanatla baş katib Yens Stotenberq çıxış edib. Məlumatı “İnterfaks.ru” verib.

O, ümid etdiyini bildirib ki, müttəfiqlər Ukraynanın alyansa yaxınlaşması ilə bağlı razılıq əldə edəcəklər: “Söhbət həm üzvlüyə güedən yoldan, həm də ən təxirəsalınmaz vəzifədən- hərbi dəstəkdən gedir. Çünki biz Ukraynanın bu müharibədə qələbəsini təmin etməsək, Ukraynanın suveren müstəqil millət kimi qələbəsini təmin etməsək, üzvlük məsələsi müzakirə edilməyəcək”. 

NATO baş katibinin sözlərinə görə, “biz müddəti, vəzifələri başa düşməliyik, birinci və ən vacib vəzifə – Ukraynanın qələbəsinə nail olmalıyıq”. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya