“Twitter” “Threads”ı məhkəməyə verir

post-img

“Twitter” “Threads” tətbiqinə görə “Meta”nı məhkəmə ilə hədələyib. Çərşənbə günü “Twitter”i təmsil edən vəkil Mark Zukerbergə məktub göndərərək “Meta”nın keçmiş “Twitter” işçilərini işə götürməklə onu ticarət sirlərini oğurlamaqda ittiham edib. 


Məktubda “Meta”nın “Twitter”in ticarət sirlərini və digər əqli mülkiyyətini qəsdən və qanunsuz olaraq mənimsədiyi iddia edilir. Vəkil Spiro bildirib ki, “Twitter” öz əqli mülkiyyət hüquqlarını ciddi şəkildə tətbiq etməyi hədəfləyir. O, həmçinin “Meta”dan “Twitter”lə bağlı ticarət sirri və ya digər məxfi məlumatlardan istifadəni dayandırmaq üçün təcili addım atmağı tələb edir.
“Meta” sözçüsü Andy Stone isə məktubu qəti şəkildə rədd edərək, “Threads”də “Twitter”in heç bir əməkdaşının olmadığını bildirib.
Qeyd edək ki, yeni yaradılan “Threads” tətbiqi “Twitter”dən fərqli olaraq daha sürətlə böyüməyə başlayıb. Zukerberg tətbiqin ilk günündə 30 milyon istifadəçinin qeyd olunduğunu bildirib. Hazırda abunə sayı 85 milyonu ötüb. Tətbiq cümə axşamı “iOS App Store”da ən populyar ödənişsiz proqram olaraq birinci sırada yer alıb.


Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya