Almaniya Aİ-ni Rusiyaya qarşı təhlükəsizlik strategiyası həyata keçirməyə çağırıb

post-img

Almaniyanın xarici işlər naziri Berbok: Rusiya yaxın gələcəkdə Avropa üçün təhlükə yaradacaq

Almaniyanın xarici işlər naziri Annalena Berbok Moskvanın yaxın gələcəkdə Avropa qitəsi üçün təhlükə olaraq qalacağını vurğulayaraq, Aİ ölkələrini “Putin Rusiyasına qarşı təhlükəsizlik strategiyası hazırlamağa” çağırıb.

Almaniyanın xarici işlər naziri Annalena Berbok Britaniyanın “The Guardian” qəzeti üçün məqaləsində yazır ki, Rusiya yaxın gələcəkdə Avropa qitəsində sülh və təhlükəsizliyə təhdid olaraq qalacaq.

“Biz bilirik ki, yaxın gələcəkdə Rusiya (Prezident [Vladimir] Putinin tabeliyində olan) qitəmizdə sülh və təhlükəsizliyə təhdid olaraq qalacaq və biz ümumi təhlükəsizlik sistemimizi onunla birlikdə deyil, Putinin Rusiyasına qarşı təşkil etməliyik”. 

Diplomat xatırladıb ki, Almaniya 100 milyard avroluq “iniyədək görünməmiş paket”in köməyi ilə NATO-nun güclənməsinə və hərbi potensialının artırılmasına töhfə verir və həmçinin alyansın məqsədyönlü müdafiə xərclərinə dair öhdəliklər götürür.

A.Berbok yazır ki, təhlükəsizlik təkcə müharibələrdən və böhranlardan qorunmaq deyil, həm də iqtisadi zəiflikdən qorunmaq deməkdir, buna görə də qaz və neftin haradan alınacağına dair qərarlar çox vacibdir. Almaniyanın xarici işlər naziri qeyd edib ki, əgər iki il əvvəl Almaniyanın enerji istehlakında Rusiya yanacağı əhəmiyyətli paya sahib idisə, bu gün bu pay sıfıra düşüb.

“Keçmiş səhvləri təkrarlamamağa hazırlaşırıq. Diversifikasiya təhlükəsizliyə sərmayədir,”-xanım Berbok əlavə edib. 

Almaniya strateji qlobal tərəfdaşlığı da gücləndirir. A.Berbok qeyd edib ki, əgər qlobal birlik gələcəkdə dünyanı idarə etmək üçün BMT Nizamnaməsinə əsaslanan ümumi qaydaların olmasını istəyirsə, o zaman təhlükəsizlik məsələləri də daxil olmaqla tərəfdaşların ehtiyaclarına cavab verən həlləri təşviq etməklə onların dəyərini sübut etməlidir.

S.ELAY,

"Xalq qəzeti"

 

Dünya