Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Macarıstan hakimiyyətinin İsveçin Şimali Atlantika Alyansına daxil olmasına qarşı heç bir iradı yoxdur.
Onun sözlərinə görə, Budapeşt krallığın NATO-ya gedən yolunu artıq təsdiqləyib.
"Macarıstan hökuməti artıq NATO-da İsveçlə bağlı qərar qəbul edib, bu, müsbət idi",- deyə Orban vurğulayıb.
O, həmçinin əlavə edib ki, İsveçin üzvlüyü ətrafında Türkiyənin razılığı olmadığı vəziyyətdə Macarıstan həm Ankara, həm də bütövlükdə NATO ilə əlaqə saxlayır.
"Xalq qəzeti"