Türkiyə ilə Misir diplomatik əlaqələri tam bərpa etdilər

post-img

Türkiyə və Misir son 10 ildə ilk dəfə səfir təyin ediblər. İki ölkənin xarici işlər nazirliklərinin birgə bəyanatında deyilir.

“Türkiyə və Misir diplomatik əlaqələrin səviyyəsinin səfirlər səviyyəsinə yüksəldiyini bəyan edirlər. Türkiyə Qahirə səfiri vəzifəsinə Salih Mutlu Şenin, Ankaradakı səfir postuna isə Misiri Əmr əl-Hamaminin namizədliyini təklif edib.

Bu addımın ölkələr arasında münasibətlərin normallaşmasına töhfə verəcəyi qeyd olunur.

"Xalq qəzeti"

Dünya