bp: Xəzər dənizində baş verən zəlzələ şirkətin Azərbaycandakı işinə təsir etməyib

post-img

Xəzər dənizinin Azərbaycan sahillərində baş vermiş zəlzələ bir sıra iri layihələrin operatoru olan “BP-Azerbaijan” şirkətinin dənizdə və quruda hasilat proseslərinə təsir göstərməyib.

Bunu “Report”a açıqlamasında şirkətin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib.

Onun sözlərinə görə, “BP-Azerbaijan” işini həmişəki kimi davam etdirir, dəniz platformalarının və “Səngəçal” terminalının, həmçinin neft və təbii qaz ixrac kəmərlərinin fəaliyyətində heç bir dəyişiklik yoxdur.

Böyük Britaniya şirkəti olan BP Azərbaycanda iri neft və təbii qaz layihələrinin – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”in, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin və Cənubi Qafqaz Qaz Boru kəmərinin operatorudur.

Xatırladaq ki, iyulun 4-də gecə saat 00:01-də Xəzər dənizində 5,5 maqnitudada zəlzələ baş verib.

İqtisadiyyat