Almaniyanın hüquq-mühafizə orqanları Fransadakı etiraz aksiyaları kimi ölkədə iğtişaşların başlanmasını mümkün hesab edir. Səbəb ölkədə demokratiyadan imtinanın artması ola bilər. Bu barədə Almaniyanın “Welt” qəzeti Almaniya Polis Həmkarlar İttifaqının (Gpd) sədri Yoxen Kopelkenin bəyanatına istinadən xəbər verir.
"Almaniyanın bəzi yerlərində bu cür iğtişaşlar mümkündür, çünki ölkədə demokratiyadan, dövlətdən və dövlət hakimiyyətindən imtina getdikcə artır",-deyə Joxen Kopelke bildirib.
Oxşar bəyanatla Almaniya Sosial Assosiasiyasının (SoVD) rəhbəri Mixaela Engelmayer çıxış edib. Onun sözlərinə görə, Almaniya hakimiyyəti tədbir görməlidir, “çünki artıq bu gün təmsilçilik hissinin olmaması siyasətdə məyusluğa, kənar partiyalara səs vermək istəyinin artmasına və siyasi ekstremizmə təsir edir”.
"Welt" qeyd edir ki, Joxen Kopelke və Mixaela Engelmayer ölkədəki vəziyyətin hazırda Fransada polis zorakılığına qarşı etirazlarla müqayisə edilə bilməyəcəyini vurğulayıblar.
Bundan əvvəl, iyunun ortalarında, ilk dəfə olaraq, bir neçə ictimai rəy sorğusu, sağçı populist Almaniya üçün Alternativ partiyasını bütün partiyalar arasında populyarlıq baxımından ikinci yerə çıxarıb (tərəfdarlarının sayı 17%-dən 20%-ə qədər). Birinci yerdə hazırda müxalifətdə olan Xristian Demokrat İttifaqı, üçüncü yerdə isə Olaf Şolzun Almaniya Sosial Demokrat Partiyası qərarlaşıb.
"Xalq qəzeti"