Rusiya Müdafiə Nazirliyi PUA hücumu ilə bağlı məlumat yayıb

post-img

Yeni Moskva ərazisində Rusiyanın hava hücumundan müdafiə sistemləri vasitəsilə Ukraynaya məxsus 4 pilotsuz uçuş aparatı məhv edilib. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb. Xəbəri “İzvestiya.ru” verib.

Nazirliyin məlumatında deyilir: “Bu gün səhər Kiyev rejiminin Moskva vilayəti və Yeni Moskva ərazilərindəki obyektlərə 5 pilotsuz uçuş aparatı ilə hücumunun qarşısı alınıb”.

Məlumata görə, aparatlardan dördü Yeni Moskva səmasında məhv edilib, biri isə radioelektron mübarizə vasitələrinin köməyi ilə saxlanılıb və Moskva vilayətinini Odintsovo rayonunda qəzaya uğrayıb. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya