Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2023-cü ilin iyun ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb. Belə ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri bu ilin təkcə iyununda 334.3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə (2022-ci il iyun – 286.9 milyon dollar) 2023-cü ilin iyun ayında ixrac olunan məhsulların dəyəri artıb.
Qeyd edək ki, 2023 il üçün ixracat hədəfi 6 milyard dollar olaraq müəyyənləşdirilən Türkiyə müdafiə sənayesinin cari ilin ilk yarısı ərzindəki ixracı 2.3 milyard ABŞ dolları təşkil edib.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"