Fransada gecə toqquşmaları

post-img

İyulun 3-nə keçən gecə Fransada baş vermiş iğtişaşlar zamanı 157 nəfər saxlanılıb. Məlumatı “Anadolu” verib. 

DİN-in məlumatına görə, etirazçılarla toqquşmalar nəticəsində 3 polis və bir jandarm yaralanıb. Daxili işlər naziri Cerald Dermanen  özünün “Twitter”ində qeyd edib ki, Sen-Denidəki yeraltı avtomobil dayanacaqlarından birində yanğın törədilib, nəticədə çoxlu maşına xasarət dəyib.

Dermanen yanğınların söndürülməsi zamanı həlak olmuş 24 yaşlı gəncin yaxınlarına başsağlığı da verib. 

Qeyd edək ki, Fransada iyunun 27-dən başlamış kütləvi çaxnaşmalara 17 yaşlı əlcəzairli Noelin polis tərəfindən güllənməsi səbəb olub. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya