İstintaq Komitəsi “Global Spirits” spirt holdinqinin rəhbəri Çernyakı axtarışa verib

post-img

Moskvanın Mərkəzi Dairəsinin İstintaq İdarəsi “Global Spirits” beynəlxalq alkoqol holdinqinin rəhbəri, ukraynalı iş adamı Yevgeni Çernyakı axtarışa verib.

"İnterfaks" agentliyi yazır ki, ona qarşı terrorizmin maliyyələşdirilməsi maddəs üzrə (Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi) cinayət işi başlanıb, o, qiyabi olaraq Ukrayna silahlı birləşmələrini 0,5 milyard rubldan çox məbləğdə maliyyələşdirməkdə ittiham olunub.

Müstəntiqlərin fikrincə, "2022-ci ilin fevralından aprel ayına qədər Y.Çernyak və digər şəxslər cinayətkar sui-qəsd təşkil edərək, Rusiya ərazisində terror fəaliyyəti həyata keçirmək üçün Ukrayna silahlı qüvvələrinin və digər Ukrayna silahlı birləşmələrinin hərbçilərinə 500 milyon rubldan çox vəsaitin verilməsini təşkil ediblər". Bundan əlavə, "2023-cü ilin iyununda Y.Chernyak Ukrayna ordusuna 90 milyon rubldan çox dəyərində döyüş əməliyyatları üçün nəzərdə tutulmuş mallar alıb və təchiz edib.

"Yaxın vaxtlarda benefisiarı Y.Çernyak olan holdinqə daxil olan təşkilatların səhmlərinə həbs qoyulması məsələsinə baxılacaq. Bundan başqa, müstəntiqlər məhkəmə-maliyyə-iqtisadi ekspertizanın keçirilməsi üçün sənədləri formalaşdırırlar", - İstintaq İdarəsi əlavə edib. 

İş üzrə artıq Moskvada, Moskva vilayətində və digər bölgələrdə 10-dan çox axtarış aparılıb. Müxtəlif kommersiya təşkilatlarının möhürləri, elektron daşıyıcıları və texniki vasitələr aşkar edilərək götürülüb. Yaxın vaxtlarda benefisiarı Y.Çernyak olan holdinqə daxil təşkilatların səhmlərinə həbs qoyulması məsələsinə baxılacaq.

"Xalq qəzeti"

 

 

Hadisə