Fransanın L'Ail-le-Rose şəhərinin meri Vinsent Janbrun iyulun 2-nə keçən gecə Twitter səhifəsində evinə hücum edildiyini açıqlayıb. Le Figaro xəbər verir ki, mesaj daha sonra silinib.
Jeanbrune sosial şəbəkədə evinə hücum edildiyini, nəticədə həyat yoldaşı və uşağının yaralandığını yazıb: “Həyat yoldaşım və uşaqlarım şokdadırlar və yaralıdırlar”.
Mer hadisəni sui-qəsd cəhdi hesab etdiyini bildirib.
"Xalq qəzeti"