Avropa İttifaqı İstanbul Konvensiyası olaraq da bilinən Qadınlara Qarşı Zorakılıq və Məişət Zorakılığının qarşısının alınması və onunla mübarizə üzrə Avropa Şurasının Konvensiyasını ratifikasiya edib.
“Yevropeyskaya Pravda” saytı xəbər verir ki, bu barədə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç məlumat verib.
"Tvitter" səhifəsində o, Aİ tərəfindən prosedurun tamamlanmasını alqışlayıb və bunun “Avropa üçün yaxşı gün olduğunu” qeyd edib.
"Xalq qəzeti"