Litva iki NASAMS atış sistemini Ukraynaya təhvil verəcək

post-img

Ukrayna Litvadan NASAMS zenit-raket kompleksinin iki atış sistemini alacaq.

Ukrayna mətbuatı xəbər verir ki, bu barədə çərşənbə günü səhər Litva prezidenti Qitanas Nauseda bildirib.

“Litva Ukraynaya təhvil veriləcək iki NASAMS atış qurğusu alıb. Hava hücumundan müdafiə Ukraynanın təcavüzkara qarşı mübarizəsinin açarıdır”, -cənab Nauseda çərşənbə günü səhər öz "Twitter" səhifəsində yazıb.

Litva prezidenti NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitində Ukraynanı dəstəkləmək üçün daha kollektiv qərarlar qəbul etməyi gözləyir.

"Xalq qəzeti"

Dünya