Fransa BRİKS ölkələri liderlərinin sammitində iştirak edə bilməz

post-img

Rusiya əleyhinə düşmənçilik siyasəti aparan ölkələrin liderləri BRİKS sammitində iştirak edə bilməz. Belə bir bəyanatla RF XİN başçısının müavini Sergey Ryabkov çıxış edib. Məlumatı “İzvestiya.ru” verib. 

Ryabkov bu bəyanatı Fransda Prezidenti Emmanuel Makronun CAR-da keçiriləcək BRİKS dövlət başçılarının görüşünə qatılmaq arzusu ilə bağlı səsləndirib.

“Bizə qarşı düşmənçilik siyasəti yürüdən, Rusiyanı beynəlxalq aləmdə təcrid etməyə çağıran, NATO ölkələrinin ümumi mövqeyini bölüşən ölkələrin liderləri BRİKS sammitində qonaq ola bilməz”, - deyə Ryabkov bildirib. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

 

Dünya