Lukaşenko: Özümüzə və dostlarımıza güvənməliyik

post-img

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Qazaxıstan baş nazirinin müavini-xarici işlər naziri Marat Hurtleunu qəbul edib. O bildirib ki, Minsk və Astana arasında münasibətlər yüksək səviyyədədir. Məlumatı “Xalq qəzeti” “Anadolu”ya istinadən verib.

“Münasibətlər yüksək səviyyədədir, ancaq idmançılar demiş, görüləsi işlər də var”, - deyə prezident bəyan edib. 

Lukaşenkonun fikrincə, müasir dünya “eqoist və millətçidir, ona görə də yalnız özümüzə və dosstlarımıza güvənmək lazımdır”.

“Mən irəli baxanda görürəm ki, Qazaxıstan, Rusiya və Belarus digər dövlətlər üçün cəlbedici mərkəzdir. Ümid etmək lazım deyil ki, hansısa varlı qonşu gəlib bizə kömək edəcək. Dünya eqoist və millətçidir. Odur ki, hazırda özümüzə və həmişə köməyə çatan dostlarımıza güvənməliyik”, - Belarus lideri deyib. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya