Afrika dövlətlərinin Ukrayna münaqişəsi ilə bağlı sülh missiyası başlayıb

post-img

İyunun 17-də Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Afrika dövlətlərinin nümayəndə heyəti ilə görüşəcək. Bu barədə RF dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib. Məlumatı “Xalq qəzeti” “İzvestiya.ru”ya istinadən yayıb.

Məlumdur ki, RF Prezidenti Afrika dövlətlərinin nümayəndə heyətini onların Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı təşəbbüsünü nmüzakirəsi üçün qəbul edib.

Prezidentin mətbuat katibi onu da deyib ki, Afrika nümayəndələri bu gün – iyunun 16-da Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya