Çin Afrika ölkələrinin Ukrayna təşəbbüsünü dəstəkləyir

post-img

Çin Xalq Respublikasının Sədri Si Cinpin Cənubi Afrika Prezidenti Sipil Ramofosla telefon danışığı zamanı bir sıra Afrika ölkələri liderlərinin Ukrayna böhranını aradan qaldırmaq üçün Moskva və Kiyevə səfər etməklə bağlı təşəbbüslərini dəstəkləyib. Məlumatı Çin XİN-ə istinadən “İnterfaks.ru” verib. 

Çin rəhbəri deyib: “Cənab Prezidentin və bəzi Afrika ölkələri liderlərinin Rusiya və Ukraynaya səfər üçün sülh heyəti yaratması yaxşıdır. Ümid edirəm ki, dünyanın sülhpərvər və ədaləti müdafiə edən bütün ölkələri sülhün vacibliyinə inandırmaq və danışıqlara başlanmasına kömək etmək üçün rasional fikirlərini bildirməlidirlər”. 

O, Çinin mövqeyini bildirərək deyib ki, ölkəsi “iki sözlə ifadə olunan sülh və danışıqların vacibliyinə əmindir”.

P.ƏMİRCANOV

"Xalq qəzeti”

Dünya