Oman körfəzində üç ölkənin hərbi təlimi

post-img

Hindistan, Fransa və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Dəniz Qüvvələri Oman körfəzində təlim keçirlər.

Hindistan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, təlimlər 2 gün davam edəcək.

Təlimlər zamanı yerüstü döyüş əməliyyatları, o cümlədən taktiki atəş və yerüstü raket təlimləri, helokopterlərin eniş əməliyyatları, təkmil hava hücumundan müdafiə və eniş əməliyyatları kimi geniş spektrli dəniz əməliyyatları həyata keçiriləcək.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya