Almaniya Ukraynaya növbəti hərbi yardım paketi göndərir

post-img

Almaniya hökuməti Ukraynaya növbəti hərbi yardım paketi göndərir. Bu barədə hökumətin rəsmi saytında məlumat dərc edilib.

Bildirilir ki, paketə zirehli döyüş maşınları, hava hücumundan müdafiə sistemləri üçün sursatları, kəşfiyyat PUA-ları, dronaşkarlama sistemləri və digər hərbi döyüş sursatları daxil edilib.

Məlumatda o da bildirilir ki, müharibə davam etdiyi müddətcə Almaniya Rusiyaya qarşı Ukraynaya dəstəyini davam edəcək.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya