TASS agentliyinin etibarlı mənbələrdən aldığı məlumata görə, Slovakiya Ukraynaya növbəti dəfə hərbi yardım göstərəcək. Yardımın məbləğinin 4,2 milyon avrodan çox olacağı bildirilir.
Rusiya-Ukraynaya müharibəsi fonunda yardımın göndəriləcəyini Slovakiya hökuməti də təsdiq edib. Yardımın Ukraynanın müraciəti əsasında göndəriləcəyi qeyd olunur.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"