Aİ fəlakətlə əlaqədar Ukraynaya yardım göndərib

post-img

Avropa İttifaqı (Aİ) iyunun 6-da səhər saatlarında Kaxovka su anbarının partladılması nəticəsində yaranan fəlakətlə əlaqədar Ukraynaya yardım göndərib.

Yardımın tərkibinə Avstriya, Almaniya və Litvanın su konteynerləri, nasoslar, düşərgə çarpayıları və müvəqqəti sığınacaq üçün materiallar daxil edilib.

Qeyd edək ki, su anbarının partladılması nəticəsində hazırda Dnepr çayı boyunca ərazilər, Xerson vilayətinin böyük bir hissəsi su altındadır.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya