Ermənistanda 2 rəsmi qəzet bağlandı

post-img

Ermənistanın “Hayastani Anrapetyun” və “Respublika Armeniya” qəzetləri iyunun 1-dən fəaliyyətlərini dayandırıb.

Bağlanmış mətbu orqanlar dövlət qəzeti idi və 33 il idi ki, nəşr olunurdu. Hər 2 qəzetin son nüsxələri martın 31-də çıxıb.

Erməni jurnalistlər qəzetlərin bağlanmasını müxtəlif səpkidə izah edirlər. Ən çox səsləndirilən fikirlərdən biri büdcə vəsaitlərinə qənaət və digər fikir isə adıçəkilən dövlət qəzetlərin Ermənistan siyasətinin informasiya təminatını öhdəyə bilməməsidir.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya