Hindistanın “Aqni-1” raketi sınaqdan keçirildi

post-img

Hindistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, bu ölkənin “Aqni-1” ballistik raketi sınaqdan keçirilib.

Orta mənzilli raketlər sinfinə daxil olan “Aqni-1”in sınağı Hindistanın Əbdül-Kəlam adasında baş tutub.

Raketin hədəfi çox yüksək dəqiqliklə vurduğundan sınaq atışının uğurla baş tutduğu bildirilir.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya