Borrell: Çin Rusiyanı Ukraynanı tərk etməyə inandırmasa, Aİ-Çin münasibətləri normal inkişaf etməyəcək

post-img

Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Pekin Rusiyanı Ukraynanı tərk etməyə razı salmasa, Avropa İttifaqı ilə Çin arasında münasibətlər normal inkişaf etməyəcək. O, Ukraynadakı münaqişəni Brüssel üçün ekzistensial adlandırıb.

“Çin Rusiyanı Ukraynanı tərk etməyə inandırmasa, Aİ ilə Çin münasibətləri normal inkişaf etməyəcək. Həyat mürəkkəbdir. Əgər onların davranışını bəyənməsək, biz yaxşı dost ola bilmərik”, – cənab Borrell Aİ xarici işlər nazirlərinin Stokholmda keçirilən qeyri-rəsmi görüşündən sonra bildirib.

Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, Aİ-nin Çinlə bağlı iki strateji təhlükəsizlik problemi var. Bu, Ukraynadakı münaqişə və Tayvan ətrafındakı vəziyyətdir. Digər problemi o, Brüssel və Pekin arasında balanssız ticarət əlaqələri adlandırıb. Cənab Borrelin sözlərinə görə, Aİ rəqəmsal transformasiya üçün Çindən asılıdır, bu, “karbon yanacağı üçün Rusiyadan asılılıqdan daha çoxdur”.

S.ELAY,

"Xalq qəzeti"

Dünya