ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım göndərir

post-img

ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

Məlumatda bildirilib ki, yeni hərbi yardım paketi Ukrayna Silahlı Qüvvələrini döyüş meydanında gücləndirəcək vacib silah-sursat ilə təmin edəcək.

Hərbi yardım paketinə HIMARS yaylım atəşli reaktiv sistemlər üçün əlavə sursat, artilleriya və minaatan mərmiləri, zireh əleyhinə vasitələri, eləcə də ağır nəqliyyat və sahə texnikası üçün ehtiyyat hissələri daxil edilib.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya