Paşinyan: Əgər kilsənin hakimiyyətlə münasibəti pisdirsə, deməli, onun Allahla münasibəti pisdir

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin növbədənkənar iclasında II Katolikosun bəyanatına münasibət bildirib.

Bundan əvvəl bütün ermənilərin katolikosu II Qaregin Paşinyanın Allaha inanmayan din xadimlərinin olması ilə bağlı açıqlamasına münasibət bildirərək, “Allaha inanmayanın kilsədə işi yoxdur” deyib.

"Əgər kilsənin hökumətlə münasibəti yaxşı deyilsə, deməli, kilsənin də Allahla münasibəti yaxşı deyil. Bu da xristian nəzəriyyəsinə görədir", - o vurğulayıb.

Paşinyan sözlərinə əlavə olaraq, həvari Peterin sözlərindən sitat gətirib: "Allahdan başqa heç bir hakimiyyət yoxdur; mövcud olan hakimiyyətlər Allah tərəfindən qurulur. Buna görə də, hakimiyyətə qarşı çıxan Allahın təsisatına qarşı çıxır".

"Qoy kilsənin özü onun mahiyyəti, nəzəriyyəsi, imanı haqqında düşünsün. Allah bizə Ermənistana sülhü qorumaq, inkişaf etdirmək, möhkəmləndirmək və sülh gətirməkdə kömək olsun", - deyə Paşinyan əlavə edib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya