Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.
Turun ilk qarşılaşmasında Gəncənin “Kəpəz” komandası “Şamaxı” klubunun qonağı olub. Şamaxı şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 1:1.
Hesabı 34-cü dəqiqədə meydan sahiblərindən Emin Zamanov açıb. Cəmi 4 dəqiqə sonra Gəncə təmsilçisinin yarımmüdafiəçisi Abdullahi Şuaybu tarazlığı bərpa edib.
Bu heç-heçədən sonra xallarını 29-a çatdıran "Kəpəz" 7-ci pillədəki mövqeyini qoruyub. 23 xalı olan "Şamaxı" isə 9-cu sırada qərarlaşıb.
Bu dəqiqələrdə "Qarabağ" "Zirə"ni qəbul edir.
Qeyd edək ki, XXXI turun "Turan Tovuz" - "Sabah" və "Səbail" - "Neftçi" oyunları aprelin 22-də, "Sumqayıt" - "Qəbələ" görüşü isə aprelin 23-də keçiriləcək.