ABŞ Dövlət Departamenti F-16 döyüş təyyarələrinin rabitə sistemi olan “Link-16” taktiki məlumat bağlantısı şəbəkəsinin modernizasiya dəstlərinin Türkiyəyə satışını təsdiqləyib.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, məsələ ilə bağlı Konqres məlumatlandırılıb.
Taktiki məlumat bağlantısı kimi də tanınan “Link-16” hərbi radio şəbəkəsi NATO və müttəfiq ölkələr tərəfindən istifadə olunur. Bu şəbəkə təyyarələr, helikopterlər, dronlar, gəmilər və quru qoşunları arasında taktiki məlumat mübadiləsini təmin edir.
ABŞ Konqresinin NATO üzvlərinə verilən satış icazələri üçün 15 iş günü, NATO üzvü olmayan ölkələr üçün isə 30 iş günü ərzində Departamentin qərarından şikayət etmək hüququ var.