Nikolas Keyc iştirak etdiyi ən sevdiyi filmləri sıralayıb

post-img

Dünya şöhrətli ABŞ aktyoru Mikolas Keyc iştirak etdiyi ən çox sevdiyi beş filmləlrin adını açıqlayıb. 

O reytinqini belə tərtib edib. Bu barədə “ComicBook” veb saytı yazır.

Sənətçi  2021-ci ilin "Donuz" trillerini reytinqin birinci pilləsinə qoyub. İkinci yerdə 2017 — ci ilin "Mandy dəhşəti”, sonra 1999-cu ilin "Ölüləri diriltmək", dördüncü yerdə 2009-cu ilin "Pis leytenant", beşinci yerdə isə 2013-cü ilin "Joe" filminə yer verib. Keyc "Üzsüz" filmindən də bəhs edərək bunun da ciddi bir iş olduğunu əlavə edib.

Daha əvvəl Keycin  “Marvel” filmin yeni ekran əsərlərinə rol almaqdan imtina etdiyi bildirilmişdi. Aktyor film kainatından müxtəlif növ bədii və müstəqil rəsmlərə üstünlük verdiyini qeyd etdi, lakin sənayedə "hər kəs üçün kifayət qədər yer"olduğuna inanır.

Anar Əli,
“Xalq qəzeti”

Dünya