ABŞ Polşadakı nüvə reaktorlarına milyardlarla dollar ayıracaq

post-img

Bunu ABŞ-ın Varşavadakı səfiri Mark Bjezinski bildirib. O deyib ki, rəsmi Vaşinqton Polşadakı kiçik nüvə reaktorlarına 4 milyard dollar ayıracaq.

"Polşanın iqlim öhdəliklərini yerinə yetirmək və iqtisadiyyatın inkişafına təkan vermək üçün Rusiyanın təsirindən qorunmaq üçün yeni enerji mənbələrinə ehtiyacı var. Biz bu gün Polşanın gələcəyi üçün mühüm addım atmışıq. Enerji yaxın yüz ildə Polşa-Amerika əməkdaşlığının vacib bir hissəsi olacaq.

Bu məsələdə xüsusilə, ABŞ-ın "EKSİMbank" layihəyə üç milyard dollar, “Development Finance Corporation” isə daha bir milyard dollar ayıracaq. Bildirilir ki, tərəflər “Hitachi Nuclear Energy” şirkəti tərəfindən layihələndirilmiş BVRX-300 reaktorlarına dair niyyət müqavilələri imzalayıblar.

Qeyd olunur ki, Orlen enerji konserni 2030-cu ilə qədər kiçik nüvə reaktoru yaradacaq. BVRX-300 reaktorunun tikintisi ənənəvi Atom Elektrik Stansiyasının tikintisi üçün tələb olunan vaxtın təxminən üçdə birini tələb edir.

Anar Əli,
“Xalq qəzeti”

Dünya