G7 ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi ilə bağlı razılığa gəliblər. TASS xəbər verir ki, onlar bu barədə G7-yə üzv ölkələrin XİN rəhbərlərinin iclası çərçivəsində Ukraynadakı vəziyyətə həsr olunmuş sessiyada bildiriblər.
Sanksiya təzyiqindən əlavə, nazirlər Ukraynanı dəstəkləmək niyyətlərini də təsdiqləyiblər.
Onlar, həmçinin anti-Rusiya sanksiyalarından yayınmaya qarşı mübarizədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
“Xalq qəzeti”