Norveç  Rusiya səfirliyinin 15 əməkdaşını persona non-qrata elan edib

post-img

Norveç Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin 15 əməkdaşını persona non-qrata elan edib, onlar yaxın vaxtlarda ölkəni tərk etməlidirlər. 

Newsmedia.az Bunu Krallığın Xarici İşlər Nazirliyi elan edib.

Xarici İşlər Naziri Anniken Huitfeldt  bildirib ki, kəşfiyyatın 15 zabiti diplomatik statuslarına uyğun olmayan fəaliyyətlərlə məşğul olub. 

Məlumatda vurğulanır ki, hazırda Rusiya Norveç üçün ən böyük kəşfiyyat təhlükəsi yaradır.

Martın sonunda Fokus nəşri Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbockun Berlində akkreditə olunmuş 30-dan çox rus diplomatını da göndərməyi planlaşdırdığını bildirib. Almaniyanın təhlükəsizlik orqanlarına görə, Rusiyadan olan diplomatlar diplomatik toxunulmazlıqlarından "təxribat və ya dezinformasiya əməliyyatları" məqsədi ilə "siyasət, biznes, elm və Silahlı Qüvvələrdən Alman məlumatçılarını qanunsuz işə götürmək üçün"istifadə edə bilərlər.

Anar Əli,

“Xalq qəzeti”

 

Dünya