Türkiyə parlamenti qaz qovşağı ilə bağlı ilk qanunvericilik qərarlarını qəbul edib

post-img

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz CNN Türk-ə bildirib ki, Türkiyə Nazirlər Kabineti qaz qovşağı daxilində neft və qaz şirkətlərinin işini sadələşdirmək üçün ilk qanunvericilik qərarlarını qəbul edib.

“Qaz qovşağı kontekstində ilk qanunvericilik qərarları parlamentdən keçdi. Onların sayəsində “Botaş” (neft-qaz şirkəti. – “Xalq qəzeti”) və digər şirkətlər daha sürətli və asan işləyə biləcəklər. Qaz ticarət mərkəzinin açılması ilə qiymətlər də azalacaq ki, bu da Avropa üçün vacibdir. Türkiyə qazın istinad qiymətini müəyyən edən bazarlardan birinə çevriləcək”, - deyə cənab Dönməz bildirib.

Nazirin sözlərinə görə, Türkiyə şirkətləri xarici tərəfdaşlarla müqavilə bağlayırlar. Məsələn, "Botas"ın ən böyük investorlarından biri Azərbaycanın SOCAR şirkətidir. F.Dönməz əlavə edib ki, Türkiyənin ildə 100 milyard kubmetr qaz almaq, 60 milyard kubmetr qaz saxlamaq imkanı var. 40 milyard kubmetr isə başqa ölkələrə sata bilər.

Rusiyanın "Kommersant" qəzeti yazır ki, 2022-ci il dekabrın 28-də “Qazprom”un rəhbəri Aleksey Miller Türkiyədə qaz qovşağı layihəsinin praktiki icrasına başlandığını elan edib. Cənab Millerin sözlərinə görə, mərkəz təbii qaz bazarında ədalətli və şəffaf qiymət qoyulma prosesini təmin edəcək. Yanvarın 3-də Türkiyənin Energetika Nazirliyi qovşağın tikintisinə başlandığını elan edib. Yeni qaz klasterinin layihəsini Rusiyanın “Qazprom” şirkəti və Türkiyənin “Botaş” şirkəti hazırlayır. Onun tikintisini oktyabrda Rusiya Prezidenti Vladimir Putin elan edib.

Bundan başqa, nazir bəyan edib ki, Azərbaycan Türkiyəyə böyük investisiyalar yatırır. Xüsusilə, Azərbaycan dövlət neft şirkəti SOCAR həm də Türkiyədə ən böyük investorlarından biridir. Onun sözlərinə görə, Azərbaycan-Türkiyə əməkdaşlığı üçüncü ölkədə də davam edəcək: “Yeni əməkdaşlıq növləri olacaq. BOTAŞ və SOCAR (Türkiyə və Azərbaycan Dövlət Şirkətləri) yeni şirkət yaradıblar. Biz Avropaya qaz tədarük edəcəyik. Biz bəyan etmişik ki, qaz ticarətinin mərkəzinə çevriləcəyik. Balkan ölkələri Azərbaycan və Türkiyədən qaza ümid edir”.

C.Dönməz, həmçinin əlavə edib ki, Türkiyə Parlamenti beynəlxalq qaz ticarət mərkəzinin, qaz qovşağının işə salınması üçün zəruri olan qanunvericiliyə düzəlişlər etməyə başlayıb.

S.ELAY,

"Xalq qəzeti"

Dünya