ABŞ, BƏƏ və Rusiyan birgə kosmik missiyasına start verilib

post-img

Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya astronavtlarının birgə kosmik missiyasına start verilib. Onları Beynəlxalq Kosmik Stansiyaya çatdıracaq “SpaceX” kompaniyasının “Falcon” raketi ABŞ-ın Kennedi Kosmik Mərkəzindən fəzaya buraxılıb.

AZƏRTAC NASA-nın saytına istinadla xəbər verir ki, 6 ay davam edəcək kosmik missiya kosmik fəzada yeni tədqiqatlar aparacaq. BƏƏ-dən olan Sultan Əl-Neyadi uzunmüddətli kosmik səyahətə yollanan ilk ərəb astronavt olub.

Bu kosmik missiya ötən ilin oktyabrından bəri Beynəlxalq Kosmik Stansiyada olan ABŞ-Rusiya-Yaponiya astronavtlarını əvəz edəcək. Missiyanın rəhbəri Stefen Bouen bildirib ki, Ukrayna müharibəsi ilə əlaqədar ABŞ ilə Rusiya arasında gərginliyə baxmayaraq, iki ölkə kosmos sahəsində əməkdaşlığı davam etdirir.

Dünya