Meksika Senatının sədri: Dövlətimiz və hökumətimiz erməni soyqırımını tanımır

post-img

Fevralın 14-də Meksika Senatının sədri Alexandro Armenta Mier Senatın növbəti sessiyası zamanı çıxış edərək, bir neçə gün öncə qondarma “erməni soyqırımı”nı tanıyan bəndin qəbulu ilə bağlı açıqlama verib.

Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə sədr Meksika hökumətinin və dövlətinin erməni soyqırımını tanımadığını bildirib, Meksika Senatının münaqişələrin danışıqlar və sülh yolu ilə həll olunmasının daima tərəfdarı olduğunu vurğulayıb.

Dünya