Türkiyədə güclü zəlzələ: Ölənlərin sayı 76 nəfərə çatıb, 440-dan çox yaralı var

post-img

Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb, 440-dan çox yaralı var.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

08:39

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində çoxlu sayda ölən və yaralananlar var.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, son məlumatlara görə, Diyarbəkirdə 6 bina dağılıb, 6 nəfər ölüb, 79 nəfər isə yaralanıb. Şanlıurfada 15 nəfər həyatını itirib, 30-dan çox yaralı var.

06:22

Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə saat 05:26-da baş verib.

Yeraltı təkanlar daha sonra yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.

Bundan əlavə, “Əl Ərəbiyyə” telekanalı yeraltı təkanlar İraq və Livanın bəzi bölgələrində də hiss olunduğunu bildirib.

05:40

Türkiyədə Kahramanmaraş şəhərində 7.4 gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb.

Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub. Adıyamanda çoxlu binanın dağıldığı bildirilib.

Dünya