Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilmişdir

post-img

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən 25 ok­tyabr 2007-ci il tarixdə 35 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Günay Bank” ASC “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 22.3.1-ci mad­dəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıx­arılmış və banka verilmiş şəhadətnamə ləğv edilmişdir.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nın lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və barəsində iflas proseduruna başlan­mışdır.

Əmanətlərin Sığortalanması Fondu «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 24 may 2023-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:



Reklam və elan