Qız Qalası yeni görünüşdə

post-img

İstanbulun mirvarisi adlandırılan Qız Qalasının iki illik bərpadan sonra  möhtəşəm açılışı baş tutacaq. Mayın 11-də qapılarını yenidən ziyarətçilərin üzünə açacaq qüllə dalğaların ən güclü olduğu şimal, qərb və cənub-qərb istiqamətlərində orta hesabla 25 metr (82 fut) dərinlikdə 201 dayaq sistemi ilə möhkəmləndirilib. Qız qalasına gedən təmiz su xətti əsaslı təmir edilmiş, elektrik xətləri yenilənmişdir. Köhnə variantla müqayisədə çirkli suların axması üçün yeraltı bioloji təmizləyici qurğu sistemləri də quraşdırılıb.  Ziyarətçilərin dalğalardan qorunaraq oturub dincəlməsi üçün işıqlandırması olan davamlı  divar da quraşdırılıb.    

Binanın bərpasında Türkiyənin tanınmış memarı Feridun Cılı, Han Tümertekin və antikşünas alim Zeynep Ahunbay iştirak edib. 

Qeyd edək ki, axşam saat 21:00-da baş tutacaq mərasimdə Qız Qalası və Qalata körpüsü arasındakı sevgi hekayələrini və şeirlərini izah edən bənzərsiz işıq və səs şousu göstəriləcək.

Fidan HÜQUQQIZI, 

“Xalq qəzeti”

Mədəniyyət