Van Qoqun “Ulduzlu gecə”si

post-img

Məşhur holland rəssamı Vinsent van Qoqun yağlı boya ilə çəkdiyi “Ulduzlu gecə” rəsm əsərini, yəqin ki, bir çoxlarınız tanıyırsınız. Rəssam dostu Qoqen arasında yaşadığı problemlərdən sonra 1889-cu ildə könüllü ü Fransanın Sen-Remo-de-Provans şəhərindəki ruhi xəstələrin müalicə edildiyi sanatoriyaya yollanır. 

Bir gün burada Van Qoq səhərədək oyaq qalır və birdən yata­ğından qalxaraq pən­cərəyə tərəf üz tutur. Rəsm əsərində də gö­rürük ki, o pəncərədən çölə boylanaraq sərv ağacının səmaya doğru yüksəldiyini, ayın bu­ludların arasında giz­ləndiyini və ulduzların sayrışdığını seyr edib. Külək əsdikcə isə sərv ağacı dəniz kimi dalğalanırdı… 

Sayrışan ulduzlar, sanki, onun düşüncələrini “işğal edirdi”. O, həmin gecə ulduzları izləyərək öz hiss və düşüncələrini kə­tan üzərinə həkk etməyi qərara aldı. O, sabah mütləq “Ulduzlu gecə”ni çəkməli idi. 

Beləliklə, dahi rəssamın ən məşhur əsərlərindən biri – “Ulduzlu gecə” yarandı. Əsər hazırda Nyu-York Müasir İn­cəsənət Muzeyində qorunub saxlanılır. 

 

Leyla HADİ, tələbə-jurnalist

Mədəniyyət