“Cənab Prezident Moskvadakı çıxışı ilə aydın şəkildə izah etdi ki, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi təkcə region ölkələri üçün deyil, bütövlükdə dünya üçün əhəmiyyətlidir”

post-img

“Cənab Prezident Moskvadakı çıxışı ilə  aydın şəkildə izah etdi ki, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi təkcə region ölkələri üçün deyil, bütövlükdə dünya üçün əhəmiyyətlidir”. 

Bu fikirləri Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar bildirib. 

Jurnalist qeyd edib ki, nəhəng enerji proqramları reallaşdırmaq üçün böyük potensiala malik olan regionumuzun əlverişli coğrafiyası Mərkəzi Asiyanı Qara dənizə bağlamağa imkan verir ki, bunda da təkcə biz yox, hamı maraqlı olmalıdır: “Hər kəsə faydalı olacaq mühüm ticarət imkanlarından yararlanmaq üçün isə birinci növbədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır.  Nə qədər tez bağlanarsa,xeyri də hamıya tez dəyəcək".

Son xəbərlər