Azərbaycan şairi Qazaxıstan mükafatı aldı

post-img

Həmyerlimiz – tanınmış şair-tərcüməçi Akif Əhmədgilə Qazaxıstan Yazıçılar Birliyinin “Alaş” beynəlxalq ədəbi mükafatı verilib.

Qazax ədəbiyyatının yorulmaz təbliğatçısı olan Akif Əhmədgil Oljas Süleymenovun “Az i Ya”, “Kuman nəğmə­si” (Elxan Zal Qaraxanlı ilə birlikdə), “Tanrının təbəssümü”, Uluğbəy Esdövlətin “Uluğbəy küçəsi” kitablarını, Marcan Cumabayevin şeirlərini dilimizə çevirib. O, hazırda O.Sü­leymenovun “Xəzər Albaniyası” adlı linqvistik novellalar toplusunu tərcümə edərək çapa hazırlayır.

Beynəlxalq mükafatı Akif Əhmədgilə QYB-yə uzun müddət rəhbərlik etmiş tanınmış şair Uluğbəy Esdövlət təqdim edib. 

Ə.ƏLİYEV, “Xalq qəzeti”

Son xəbərlər