“Baku Sailing Regatta-2023” başlayır

post-img

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Yelkənli İdman Federasiyasının (SFA), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun birgə təşkilatçılığı ilə təşkil olunan "Baku Sailing Regatta-2023” üzrə hazırlıqlar başa çatıb.

ASCO-dan bildirilib ki, bu gün reqatanın ilk günüdür, saat 12-də yelkənçilərin yarışına start veriləcək. Ümumilikdə 39 yelkənçinin iştirak edəcəyi yarışda idmançılar altı sinif (“Optimist”, “Optimist Qızlar”, “Optimist Junior”, “ILCA 4”, “ILCA 6”, “ILCA 7”) üzrə mübarizə aparacaqlar.

Yarışa mayın 28-i yekun vurulacaq. Həmin gün saat 14:00-dan Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar da təşkil olunacaq, 18-də isə qaliblər mükafatlandırılacaqlar.

Hər birinizi yelkənçilərin möhtəşəm şousunu izləmək və əylənmək üçün "Baku Sailing Regatta-2023”də gözləyirik. Tədbirdə iştirak qeydiyyatsız və ödənişsizdir.

Qeyd edək ki, reqata “Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında (Yaxt klub ərazisində) təşkil olunacaq.





İqtisadiyyat

About Us

The argument in favor of using filler text goes something like this: If you use arey real content in the Consulting Process anytime you reachtent.

Instagram