Hava proqnozu

post-img

Mayın 9-da 

Bakıda və Abşeron yarımadasın­da dəyişkən buludlu olacağı, arabir tutula­cağı, əsasən yağmursuz keçəcəyi gözlə­nilir. Lakin gecə bəzi yelərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güc­lənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 10-15°, gündüz 17-22° isti olacaq. Atmos­fer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütu­bət 65-75 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordu­bad, Sədərək, Şahbuz və Şərur rayon­larında əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı ola­cağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 9-14°, gündüz 22-27° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xo­cavənd, Ağdam, həmçinin Daş­kəsən-Gədəbəy rayonlarında bəzi yer­lərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə du­man olacaq. Qərb küləyi əsəcək Gecə 2-7°, gündüz 8-13°, bəzi yerlərdə 15-18° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbə­cər, Qubadlı, Laçın, Zəngilan rayonla­rında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxa­cağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yer­lərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2-7°, gündüz 7-12°, bəzi yerlərdə 16-18° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında bəzi yerlərdə fa­silələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 9-14°, gündüz 20-25° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingə­çevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə du­man olacaq. Qərb küləyi əsəcək. Gecə 8-13°, gündüz 17-22° , dağlarda gecə 4-8°, gündüz 10-15° isti olacaq. 

Yevlax, Göyçay, Ağdaş, Kürdə­mir, İmişli, Ağcabədi, Beyləqan, Sabi­rabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqa­bul, Zərdab, Salyan, Neftçala rayonla­rında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxa­cağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yer­lərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 10-15°, gündüz 21-26° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkə­ran, Astara, Cəlilabad rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gün­düz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 12-15°, gündüz 20-25°, dağlarda gecə 10-12°, gündüz 15- 19° isti olacaq. 

 

Ekologiya