Hava haqqında

post-img

Mayın 7-də

Bakıda və Abşeron yarımada­sında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yer­lərdə qısamüddətli az yağış yağacağı eh­timalı var. Mülayim cənub küləyi əsəcək. Gecə 10-15°, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunun­dan 759 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordu­bad, Sədərək, Şahbuz və Şərur ra­yonlarında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 8-13°, gündüz 22-27° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xo­cavənd, Ağdam, həmçinin Daş­kəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə du­man olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 3-8°, gündüz 9-14°, bəzi yerlərdə 16-18° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəl­bəcər, Qubadlı, Laçın, Zəngilan rayon­larında əsasən yağmursuz keçəcək. La­kin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə du­man olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 3-8°, gündüz 9-14°, bəzi yerlərdə 18-20° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Müla­yim şərq küləyi əsəcək. Gecə 10-15°, gündüz 19-24° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingə­çevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gü­nün ikinci yarısında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxa­cağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 9-14°, gündüz 18-23°, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacaq. 

Yevlax, Göyçay, Ağdaş, Kürdə­mir, İmişli, Ağcabədi, Beyləqan, Sabi­rabad, Biləsuvar, Saatlı, Şirvan, Ha­cıqabul, Zərdab, Salyan, Neftçala ra­yonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtima­lı var. Bəzi yerlərdə duman olacaq. Mü­layim şərq küləyi əsəcək. Gecə 10-15°, gündüz 21-26° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkə­ran, Astara, Cəlilabad rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gün­düz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxa­cağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 9-14°, gündüz 19-24°, dağlarda gecə 9-12°, gündüz 14-18° isti olacaq. 

 

Ekologiya