Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol turniri başlandı

post-img

2023-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bu məqsədlə, eləcə də ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq Nəsimi rayonu İcra Hakimiyyətinin və digər dövlət qurumları arasında minifutbol turniri təşkil olunub. Turnirdə "Xalq qəzeti" redaksiyasının komandası da iştirak edir. 

Qeyd edək ki, 8 komandanın mübarizə apardığı turnirin final qarşılaşması mayın 2-də keçiriləcək.














Xalq TV