“Sağlam məktəbli” layihəsi çərçivəsində ilin ilk maarifləndirmə tədbiri keçirilib

post-img

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində 2026-cı ilin ilk tədbiri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 39 nömrəli Rafiq Nəsrəddinov adına tam orta məktəbdə təşkil olunub.

Agentlikdən XQ-yə verilən məlumata görə, 150 şagirdin iştirak etdiyi görüşdə məktəblilərə Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Meyvələrin uşaqların inkişafında rolu” mövzusunda təqdimatlar edilib.

Şagirdlərə meyvələrin orqanizmin böyümə və inkişafında rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, enerji və zehni fəaliyyətə təsiri, dərsdə diqqət və yaddaş üçün faydası, mövsümə uyğun meyvə seçiminin əhəmiyyəti, meyvələrin düzgün yuyulması və istehlak qaydaları haqqında ətraflı məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, AQTA ümumi təhsil müəssisələrində maarifləndirmə fəaliyyətlərini 2026-cı ildə də ardıcıl şəkildə davam etdirəcək. Məqsəd məktəblilər arasında sağlam qidalanma mədəniyyətini formalaşdırmaq, qida təhlükəsizliyi barədə bilikləri artırmaq və şagirdlərə düzgün qida vərdişləri aşılamaqdır. “Sağlam məktəbli” layihəsi çərçivəsində şagirdlərlə görüşlər paytaxt məktəbləri ilə yanaşı, region məktəblərində də mütəmadi olaraq həyata keçirilir.

Daha ətraflı linkə keçid edərək izləmək olar.













Təhsil